Previous Next

6 sentyabr tarixində ADPU-nun Fizika fakültəsinin Elmi Şurasının iclası keçirilib

6 sentyabr tarixində ADPU-nun Fizika fakültəsinin Elmi Şurasının iclası keçirilib. İclası giriş sözü ilə açan fakültə Elmi Şurasının sədri dosent Arzu Daşdəmirov iclasın gündəliyini diqqətə çatdırıb. İclasın gündəliyinə 2024/2025-ci tədris ilinə hazırlığın vəziyyəti haqqında kafedra müdirlərinin hesabatı və müəllimlərin seçkisi məsələləri daxil edilib. Daha sonra kafedra müdirləri yeni tədris ilinə hazırlığın vəziyyəti, dərs bölgüsü və digər məsələlərlə bağlı çıxış ediblər. Yekunda gizli səsvermə yolu ilə müəllimlərin seçkisi keçilib və nəticələr elan edilib.

ÜNVAN MƏLUMATLARI

Bakı, AZ1000,
Ü.Hacıbəyli küç., 68

 
 

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search