1 sentyabr 2023-cü il tarixində ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdindəki Təlim-tədris Mərkəzinin təşkilatçılığı ilə “STEAM fənninin tədrisi. STEAM layihələri və texnologiyaları” adlı təlim keçirilib. Təlimi giriş sözü ilə açan ADPU-nun STEAM Mərkəzinin rəhbəri dosent Arzu Daşdəmirov iştirakçıları salamlayaraq ölkəmizdə STEAM fənninin tədrisi ilə bağlı görülən işlər haqqında məlumat verib, daha sonra təlimçiləri iştirakçılara təqdim edib. “STEAM və onun elmi-pedaqoji əsasları” mövzusunda baş tutan təlimi ADPU-nun Fizikanın tədrisi texnologiyası kafedrasının baş müəllimi Gülşən Musayeva aparıb. İştirakçılara STEAM anlayışı, dünyanın STEAM mənzərəsi və fəlsəfəsi, STEAM fənninin tədrisinin məqsədi və vəzifələri, STEAM əsaslı dərslərdə innovasiyalar və yeni texnologiyaların tətbiqi haqqında geniş təqdimatla çıxış edib. Təlimdə ali və orta təhsil müəssisələrində çalışan müəllimlər iştirak edib.