Previous Next

Xankişi Bəxtiyar oğlu Məmmədov

Ad, soyad, atasının adı :

  • Xankişi Bəxtiyar oğlu Məmmədov

Təvəllüd

  • 02.07.1953

Əlaqə :

  • İş telefonu : (012) 493 14 48
  • Mail : Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Təhsil : Ali

  • 1970 - 1976 - cı illərdə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunda və Azərbaycan Memarlıq və İnşaat Universitetində  "Sənaye və mülki tikinti" ixtisası üzrə təhsil almışdır.
  • 1989 -cu ildə Patris Lumumba adına Moskva Xalqlar Dostluğu Universitetində "Nazik və çevik millərin böyük yerdəyişmələr oblastında hesablanmasının metodikası" mövzusunda dissertasiya müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
  • 2012-ci ildə “Maşınşünaslıq” kafedrası üzrə dosent elmi adı almışdır.
  • Azərbaycan ədəbiyyatı tarixi kafedrasının “Folklorşünaslıq” ixtisası üzrə elmlər doktoru proqramı üzrə dissertantıdır.  

Elmi dərəcəsi :

  • Dosent

İş fəaliyyəti :

  • 1971-1973 -cü illərdə Aznefttrestin 3 saylı Tikinti Quraşdırma idarəsində fəhlə kimi əmək fəaliyyətinə başlamış,
  • 1990-1996-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində aparıcı mütəxəssis işləmiş,
  • 2007- ci ildən isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Maşınşünaslıq” kafedrasında baş müəllim, sonra isə tədris-metodika şöbəsində universitet üzrə pedaqoji təcrübə rəhbəri işləmişdir.

Tədris etdiyi fənlər:

  • Tətbiqi mexanika
  • Maşın hissələri və sair texniki fənləri tədris edir.

Seçilmiş əsərləri :

  • Simmetrik qüvvə təsirindən ikioynaqlı üzüyün böyük yerdəyişmələr oblastında hesablanması. P.Lumumba adına Moskva Xalqlar Dostliğu Universiteti, Moskva, 1990.
  • Əyrioxlu millərin böyük yerdəyişmələr oblastında hesablanmsı metodikası, Azərbaycan Milli Elmlər Akademiyasının xəbərləri,  Bakı, Elm, XXVIII,  2008,   №1 
  • Texnologiya müəllimlərinin hazırlığında İKT-nin tətbiqi imkanları. Bakı 2017
  • Materiallar müqaviməti elminin tarixi haqqında bəzi qeydlər. BDU, 2017

 

 

ÜNVAN MƏLUMATLARI

Bakı, AZ1000,
Ü.Hacıbəyli küç., 68

 
 

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search