STEAM mərkəzi Azərbaycan Dövlət Pedaqoji Universiteti Elmi Şurasının 7 oktyabr 2021-ci il tarixli 1 nömrəli iclasının qərarına əsasən yaradılmışdır. Mərkəz haqqında bütün məlumatlar (ümumi müddəalar, mərkəzin vəzifələri və səlahiyyətləri, mərkəzin tərkibi, strukturu və idarə edilməsi, mərkəzin avadanlıq və vasitələr) ADPU-nun rektoru professor Cəfər Cəfərovun təsdiqi etdiyi əsasnamədə öz əksini tapmışdır.

     STEAM mərkəzi ADPU-nun Fizika fakültəsinin əsas tədris-elm struktur bölmələrindən biri olub, fizika, texnologiya, kimya, kimya-biologiya, biologiya, riyaziyyat, riyaziyyat-informatika və informatika müəllimliyi ixtisaslarında kadr hazırlığına cavabdeh olan, o cümlədən tədrisi üzrə tədris-metodiki, elmi-tədqiqat, elmi-pedaqoji işlərin həyata keçirilməsini, STEAM tədris texnologiyalarının təkmilləşdirilməsinə cavabdeh olan, universitetin STEAM üzrə xidmətlərini təşkil edən və kafedra statusunda olan ayrıca struktur vahididir. Mərkəz- Azərbaycan Respublikası qanunvericiliyinə, Təhsil haqqında Qanuna, Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ hüquqi aktlarına, təlimat və metodiki göstərişlərinə, qüvvədə olan digər qanunvericilik aktlarına, Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsinə, ADPU-nun Nizamnaməsinə, ali təhsil müəssisəsinin professor-müəkkun heyətinin vəzifələrə seçilməsi və attestasiyası qaydalarına və bu əsasnaməyə uyğun olaraq formalaşdırılır və fəaliyyət göstərir.

    STEAM mərkəzində müvafiq tədris planlarına uyğun olaraq “STEAM-1” və “STEAM-2” fənləri tədris edilir. Bu fənlərin tədrisində təhsilalanlara müxtəlif STEAM metodologiyaları  və STEAM fəlsəfəsi, dizayn proqramları, 3D modelləşdirmə, “Snapmaker” cihazı ilə modellərin hazırlanması, “Mikrobit” və onun proqramlaşdırılması  və s. kimi mövzular tədris olunur. Mərkəzin əsas vəzifəsi dərin nəzəri və təcrübi biliklərə və kompetensiyalara malik pedaqoji kadrların hazırlanması, o cümlədədn gələcəyin müəllimlərində XXI əsrin bacarıqları üzrə tədris-tərbiyəvi, o cümlədən elmi-metodiki işi yüksək səviyyədə təşkil edib həyata keçirməkdən ibarətdir.

      STEAM Mərkəzində tədrisin əsas məzmununu STEAM və onun elmi-pedaqoji əsasları, layihə əsaslı öyrənmə, STEAM təhsilində qiymətləndirmə, 3D modelləşdirmə və 3D çap, Snapmaker cihazı və ondan istifadə texnologiyası, “Makecode” mühiti ilə tanışlıq, Mikrobitin quruluşu və funksiyaları, mikrobitlə sadə layihələrin hazırlanması, ümumtəhsil orta məktəblərində STEAM fənninin proqramının müzakirəsi, STEAM fənni üzrə standartların seçilməsi, STEAM layihələrinin qurulması mövzuları təşkil edir. STEAM dərslərində təhsilalanlara  STEAM metodologiyaları, 5E və 7E modeli əsasında dərslərin qurulması, layihənin təşkili və planlaşdırılması, yaşıl enerji mənbəyinə aid praktik işlər, idarəetmə dövrələri, sensorla idarə olunan dövrələrin qurulması, müxtəlif tipli dalğaların qəbul edilməsi, ötürülməsi və emalı,  3D modelləşdirmə, 3D çapın tətbiq sahələri, təhsildə Snapmakerin rolu, CNC qurğunun quruluşu və iş prinsipi, mikrobitin quruluşu və funksiyaları, VI, VII,VIII siniflərdə STEAM fənninin tədrisi, Tinkercad proqramında modellərin dizayn edilməsi, hazırlanmış modellərin 3D printerdə çapı, Snapmaker cihazı ilə taxta üzərində lazer şüaları vasitəsilə yazı yazmaq, mikrobitlə layihələr hazırlamaq istiqamətlərində nəzəri və praktik modullar üzrə mövzular  tədris olunur.

   STEAM Mərkəzinin rəhbəri fizika-riyaziyyat elmləri namizədi, dosent, əməkdar müəllim Daşdəmirov Arzu Oruc oğludur.

STEAM Mərkəzi  

Vəzifə adı

Mərkəzin müdiri

Dosent

Baş müəllim

Müəllim

Mütəxəssis  

Sayı

1

4

1

7

2

STEAM Mərkəzində  tədris olunan fənlərin siyahısı

1

STEAM-1

2

STEAM-2

Arzu Oruc oğlu Daşdəmirov
Sevinc Cəlilova Xazay qız
Qalib Şərifov
Rəhimə Məmmədova Salman qızı
Arzu Daşdəmirov
Kafedra müdiri
Sevinc Cəlilova
Dosent
Qalib Şərifov
Dosent
Rəhimə Məmmədova
Dosent


Daha çox

ÜNVAN MƏLUMATLARI

Bakı, AZ1000,
Ü.Hacıbəyli küç., 68

 
 

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search