6 iyul tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsi Elmi Şurasının genişləndirilmiş iclası keçirilib.
İclası giriş sözü ilə açan fakültə Elmi Şurasının sədri dosent Arzu Daşdəmirov iclasın gündəliyinə daxil olan məsələləri diqqətə çatdırıb. İclasın gündəliyinə 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının əsas nəticələri və qarşıda duran vəzifələr, 2023/2024-cü tədris ilinin dərs yükü haqqında məlumat, 2022/2023-cü tədris ilinin dövlət imtahanlarının yekunları haqqında DİK-nın sədrlərinin hesabatı, 2022/2023-cü tədris ilinin II yarısında kafedralar üzrə tədris yükünün yerinə yetirilməsi haqqında məlumat, Fizika fakültəsinin professor-müəllim heyətinin akademik performansının qiymətləndirilməsi haqqında məlumat, 2022/2023-cü tədris ilinin üçün fakültə və kafedraların iş planlarının yerinə yetirilmə vəziyyəti haqqında hesabat daxil edilib. Dosent Arzu Daşdəmirov Fizika fakültəsinin elmi fəaliyyəti ilə bağlı geniş təqdimatla çıxış edib. O, qeyd edib ki, son illərdə fakültə əməkdaşlarının beynəlxalq indeksləmə bazalarına daxil olan yüksək impakt faktorlu jurnallarda çap olunan məqalələrin sayı artmışdır. Daha sonra professor-müəllim heyətinin elmi nailiyyət göstəriciləri təqdim edilib. Dosent Arzu Daşdəmirov 2022/2023-cü tədris ilində yaz semestrində keçirilən imtahanların nəticələrinin statistik təhlilini diqqətə çatdırıb. Ümumi fizika kafedrasının müdiri prof. Cahangir Hüseynov, Fizikanın tədrisi texnologiyası kafedrasının müdiri dos. Sevinc Cəlilova və Əməyin texnologiyası kafedrasının müdiri dos. Səadət Musayeva kafedralar üzrə ümumi dərs yükü və auditoriya saatlarının miqdarı, 2022/23-cü tədris ilinin II yarısında kafedralar üzrə tədris yükünün yerinə yetirilməsi haqqında ətraflı məlumat veriblər. Yekunda kafedralar üzrə professor-müəllim heyətinin akademik performasının qiymətləndirilməsi ilə bağlı nəticələr elan edilib və müvafiq qərar qəbul edilib.