Previous Next

18 oktyabr 2023-cü il tarixində Fizika fakültəsinin növbəti elmi seminarı keçirilmişdir.

18 oktyabr 2023-cü il tarixində Fizika fakültəsinin növbəti elmi seminarı keçirilmişdir. Seminarda Azərbaycan Elm və Təhsil Nazirliyi Radiasiya Problemlərləri İnstitututnun və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (Rusiya Federasiyası, Dubna şəhəri) aparıcı elmi işçisi, fizika elmləri doktoru Mətləb Mirzəyev “Analitik tədqiqat metodlarının materialşünaslığın müasir problemlərinin həllində rolu, perspektivləri və gələcəyə baxış” mövzusunda çıxış etdi. Elmi seminarda fakultə dekanı dos.A.Daşdəmirov, “Ümumi fizika” kafedrasının müdiri prof.C.Hüseynov, “Fizikanın tədrisi texnologiyası” kafedrasının müdiri S.Cəlilova, elmi seminarın rəhbəri prof.A.Ələkbərov, müəllimlərdən prof. İ.İsmayılov, prof.N.Niftiyev, dos.Q.Şərifov, dos.Ə.Kərimov, dos.O.Həsənov, b/m. G.Musayeva, b/m. Ə.Babayev, b/m. A.Əliyev, habelə fakültənin seçilən tələbələri iştirak etdilər.   Məruzəçinin olduqca aktual və dinləyicilər üçün maraq kəsb edən çıxışından sonra dos.A.daşdəmirov, prof.İ.İsmayılov, prof.C.Hüseynov, prof.A.Ələkbərov, b/m.A.Əliyev suallarla müraciət etdilər. Elmi seminarın sonunda fakültə dekanı dos.A.Daşdəmirov maraqlı çıxışına görə fizika elmləri doktoru M.Mirzəyevə minnətdarlığını bildirdi.

ÜNVAN MƏLUMATLARI

Bakı, AZ1000,
Ü.Hacıbəyli küç., 68

 
 

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search