Previous Next

Fizika fakültəsinin Həmkarlar Təşkilatına sədr və yeni heyətin seçilməsi ilə əlaqədar seçki keçirilib.

2 fevral tarixində ADPU-nun Fizika fakültəsinin iclası baş tutub. İclasda Fizika fakültəsinin Həmkarlar Təşkilatına sədr və yeni heyətin seçilməsi ilə əlaqədar seçki keçirilib. İclasda Fizika fakültəsinin rəhbərliyi, ADPU-nun Həmkarlar İttifaqının sədri dosent Vaqif Əliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, fakültənin professor-müəllim və tədris-köməkçi heyəti iştirak edib. İclası giriş sözü ilə açan Fizika fakültəsinin dekanı dosent Arzu Daşdəmirov Fizika fakültəsinin Həmkarlar Təşkilatının fəaliyyəti ilə bağlı çıxış etmək üçün sözü fakültə Həmkarlar Təşkilatının sədri baş müəllim Gülşən Musayevaya verib. Gülşən Musayeva Həmkarlar Təşkilatının ümumi fəaliyyəti, görülmüş işlər, əməkdaşların sosial rifahına dəstək məqsədilə maddi yardımlar, pandemiya dövründə ərzaq yardımı,təltiflər və mükafatlar haqqında geniş hesabatla çıxış edib. Daha sonra çıxış edən ADPU-nun Hİ-nın sədri dosent Vaqif Əliyev Həmkar İttifaqının fəaliyyət istiqaməti, görülmüş işlər və qarşıdakı məqsəd və planlar haqqında geniş məlumat verib. ARAHİRK-nin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək Respublikamızda Həmkarlar İttifaqının təhsil işçilərinə göstərdiyi yardım və dəstək haqqında məlumat verdi, elm və təhsil işçilərinin daim diqqət mərkəzində saxlanıldığını vurğuladı.
Yekunda Fizika fakültəsinin Həmkarlar Təşkilatına sədr vəzifəsinə seçki ilə bağlı açıq səsvermə keçirildi. Səs çoxluğu ilə baş müəllim Gülşən Musayevaya fakültənin Həmkarlar Təşkilatına sədr seçildi. Daha sonra Həmkarlar Təşkilatına üzvlərin seçilməsi ilə bağlı səsvermə keçirildi. Səsvermənin nəticələrinə əsasən Ümumi fizika kafedrasından Lalə Aslanova, Fizikanın tədrisi texnologiyası kafedrasından Lalə Mansurova, Cavid Tapdıqlı, STEAM Mərkəzindən Çinarə Məmmədli, Əməyin texnologiyası kafedrasından Günel Əzizova və tyutor Gülbəniz Rüstəmova heyətə üzv seçildilər.
İclasın yekununda professor-müəllim heyətinə mükafat və fəxri fərmanlar təqdim edildi və ADPU-nun HİK-nin XVIII Konfransına nümayəndələr seçildi.

ÜNVAN MƏLUMATLARI

Bakı, AZ1000,
Ü.Hacıbəyli küç., 68

 
 

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search