Previous Next

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsində “Young Physics” klubunun təşkilatçılığı ilə elmi seminar keçirilib.

27 dekabr 2022-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsində “Young Physics” klubunun təşkilatçılığı ilə elmi seminar keçirilib. Seminarda fakültənin tələbələri Novruzlu Fidan, Kərimli Onur, Cəlilova Əfsanə, Hacıyeva Leyla, Mustafazadə Nərgiz və Sadıqova Türkan ingilis dilində “Physics in Cuisine”, “Physics in Spaceship” və “Teleportation” mövzularında təqdimatla çıxış ediblər. Daha sonra tələbələrin fizikaya aid ingilis dilində debatları baş tutub. Seminarda iştirak edən Fizika fakültəsinin dekanı dosent Arzu Daşdəmirov, dekan müavinləri dosent Qalib Şərifov və dosent Xatirə Adgözəlova tələbələrin çıxışları ilə bağlı fikirlərini bildiriblər. Yekunda iştirakçıların sualları cavablandırılıb.

ÜNVAN MƏLUMATLARI

Bakı, AZ1000,
Ü.Hacıbəyli küç., 68

 
 

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search