Previous Next

ADPU-nun Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Gələcəyə addım" V Elmi konfransı keçirib.

5 may tarixində ADPU-nun Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Gələcəyə addım" V Elmi konfransı keçirib. Konfransda Fizika fakültəsinin rəhbərliyi, kafedra müdirləri, fakültənin professor-müəllim heyəti, tələbələr iştirak edib. Konfransı giriş sözü ilə açan Fizika fakültəsinin dekanı dosent Arzu Daşdəmirov konfrans iştirakçılarını salamlayıb, tələbələrə ilk elmi addımlarında uğurlar arzulayıb. Daha sonra fakültənin TEC sədri dosent Xatirə Adgözəlova çıxıb edib. Konfrans 5 bölmə - Bərk cisimlər fizikası, Nəzəri fizika və astronomiya, Nanotexnologiya və şüalandırılmış yarımkeçiricilər, Fizikanın tədrisi metodikası və Texnologiyanın tədrisi metodikası bölmələri üzrə təşkil olunub. Qeyd edilib ki, konfransa 65 tezis təqdim olunub. Konfrans iştirakçıları arasında BDU tələbələri də var. Konfrans bölmə iclaslarında davam edib. Konfransda bölmələr üzrə ən yaxşı çıxış edən 3 tələbə işinə diplom, digər iştirakçılara isə sertifikat təqdim ediləcək.

ÜNVAN MƏLUMATLARI

Bakı, AZ1000,
Ü.Hacıbəyli küç., 68

 
 

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search