Fakültənin tarixi
Bakalavr i̇xti̇sasları
Magi̇str i̇xti̇sasları
Doktor i̇xti̇sasları
Statistik göstəricilər
Heyət

Fakültə fəaliyyətə Ali Pedaqoji İnstitut yaradılarkən yaranan 3 şöbədən biri kimi başlamışdır. O vaxt həmin şöbə fizika-riyaziyyat şöbəsi olub. Həmin şöbənin ilk dekanı Peterburq Universtetinin məzunu, prof. Məmməd Rəşid oğlu Əfəndiyev olmuşdur. Şöbənin fizika bölməsində dos. R.M.Məlikov, N.Q.Berq və başqaları çalışmışdır.

Keçən əsrin 30-cu illərində şöbə Fizika-riyaziyyat fakültəsi adlandırılmış və fakültəyə professor A.Q.Abbaszadə dekan təyin edilmişdir. Fizika-riyaziyyat fakültəsi 1968/1969-cu tədris ilində iki müstəqil fakültəyə-"Fizika" və "Riyaziyyat" fakültələrinə ayrılmışdır. Fizika fakültəsinin ilk dekanı dos.Teyfur Xasməmmədov (1968-1971) olmuşdur. Sonralar fakültəyə dos. Əlisa Əhmədov, prof. Ələkbər Kərimov, prof. Kamal Hüseynov, dos. Mikayıl Əliyev, prof.Edil Eyvazov, prof. İsgəndər Cəfərov və digərləri rəhbərlik etmişlər. 2015-ci il oktyabrın 20-dən "Fizika" və “Mühəndis-pedaqoji və bədii qrafika” fakültələri birləşdirilərək “Fizika və Texnologiya” fakültəsi yaranmışdır. 09.07.2019-cu il tarixdə isə “Fizika və Texnologiya” fakültəsi yenidən "Fizika" fakültəsi adlandırılmışdır. Fakültəyə 2016-cı il noyabr ayından fizika və riyaziyyat elmləri namizədi, dos. Arzu Oruc oğlu Daşdəmirov rəhbərlik edir. Fizika fakültəsi üç kafedradan və çoxsaylı tədris laboratoriyalarından ibarətdir. Kafedralar və laboratoriyalar haqqında geniş məlumatla kafedraların pasportlarında tanış olmaq olar. Fakültədə "Fizika müəllimliyi" və "Texnologiya müəllimliyi" üzrə bakalavriat,"Fizikanın tədrisi metodikası""Texnologiya fənninin tədrisi metodikası və metodologiyası" ixtisasları üzrə magistratura, "Yarımkeçiricilər fizikası", "Molekulyar və istilik fizikası", "Fizikanın tədrisi metodikası və metodologiyası" və "Bərk cisimlər fizikası" ixtisasları üzrə doktorluq səviyyəsində mütəxəssislər hazırlanır.

Bundan başqa fakültə “Riyaziyyat müəllimliyi”, “İnformatika müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi”, “Biologiya müəllimliyi”, “Kimya müəllimliyi” və “Kimya və biologiya müəllimliyi” və digər qeyri ixtisas istiqamətlərində Ümumi fizika kursunun tədrisini həyata keçirir. Kafedranın tədris etdiyi fənlər, yüksək ixtisaslı mütəxəssislər tərəfindən azərbaycan və rus dillərində tədris olunur.

Fakültəni indiyə qədər 4 mindən çox mütəxəssis bitirmişdir. Məzunlar arasında respublikamızın tanınmış ziyalıları Mehdi Əliyev, Abasqulu Abaszadə, Xanməmməd Mirzəyev, Həsən Abdullayev, Sədi İmanov, Bahadur Tağıyev, Abdulla Mehrabov, Behbud Şəfizadə, Bəhram Süleymanov, Əlif Əhmədov, Məbud İsmayılov, Baba Haqverdiyev, Zahid Qaralov, Yusif Əsədov, Cavad Abdinov, Oktay Rəcəbov, Fikrət İsmayılov, Əbülfət Rüstəmov, Tofiq Məmmədov, Fikrət İsayev və digərləri vardır.

Bu gün fakültəmizin beynəlxalq əlaqələri gün-gündən genişlənir. Əməkdaşlarımız beynəlxalq konfranslarda və simpoziumlarda məruzələrlə çıxış edirlər. Elmi nailiyyətlərimizin beynəlxalq arenaya çıxmasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin keçirdiyi beynəlxalq konfrans və simpoziumların imkanlarından qədərincə faydalana bilirlər.

Ətraflı

Sıra

İxtisasın şifri

İxtisasın adı

Təhsil müəssisəsinin təklif etdiyi təhsil bölmələri

Azərbaycan bölməsi

Rus bölməsi

İngilis bölməsi

əyani

qiyabi

əyani

qiyabi

əyani

qiyabi

1

050105

Fizika müəllimliyi

+

-

+

-

-

-

1

050108

Texnologiya müəllimliyi 

+

-

+

-

-

-

Sıra

İxtisasın şifri

İxtisasın adı

Təhsil müəssisəsinin təklif etdiyi təhsil bölmələri

Azərbaycan bölməsi

Rus bölməsi

İngilis bölməsi

əyani

qiyabi

əyani

qiyabi

əyani

qiyabi

1

060104

Fizika müəllimliyi 

+

-

+

-

-

-

2

060107

Texnologiya müəllimliyi

+

-

+

-

-

-

Sıra

İxtisasın şifri

İxtisasın adı

Təhsil müəssisəsinin təklif etdiyi təhsil bölmələri

Azərbaycan bölməsi

Rus bölməsi

İngilis bölməsi

əyani

qiyabi

əyani

qiyabi

əyani

qiyabi

1

5801.01

Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası( fizikanın tədrisi metodikası)

+

+

-

-

-

-

2

5801.01

Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası( fizikanın tədrisi metodikası)

+

+

Tələbələrin ümumi sayı

Bakalavr dərəcəsi üzrə təhsil alanlar 

Magistr dərəcəsi üzrə təhsil alanlar

Doktor dərəcəsi üzrə təhsil alanlar

Əyani təhsil alanlar 

Qiyabi təhsil alanlar 

Əcnəbi tələbələr

675

     645

30

   2

675

    

Arzu Oruc oğlu Daşdəmirov
Xankişi Bəxtiyar oğlu Məmmədov
Qalib Mövsüm oğlu Şərifov
Xatirə Ağakərim qızı Adgözəlova
Arzu Daşdəmirov
Dekan
Xankişi Məmmədov
Dekan müavini
Qalib Şərifov
Dekan müavini
Xatirə Adgözəlova
Dekan müavini


Daha çox

 

ÜNVAN MƏLUMATLARI

Bakı, AZ1000,
Ü.Hacıbəyli küç., 68

 
 

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search