Kafedranın tarixi
Statistik göstəricilər
Elmi fəaliyyət
Tədris olunan fənlər
Xarici əlaqələr
Heyət
Əlaqə

Ümumi fizika kafedrasını bu ali məktəb yarandığı ilk gündən fəaliyyətə başlayan "Fizika kafedrası təşkil edir. Öncə qeyd olunduğu kimi "Fizika kafedrasının ilk müdiri dos. Rəhim bəy Məlikov olmuşdur. O, 1921-ci ildən etiba-rən 15 il fizika kafedrasına rəhbərlik etmişdir. 1935-ci ildə İnstitutun elmi Şurası elmi və pedaqoji xidmətlərini nəzərə alaraq ona fizika elmi üzrə “professor” adı verilməsi barədə qərar çıxarmışdır. Kafedraya rəhbərlik etdiyi müddətdə dos. R.Məlikov fizika  sahəsində ali məktəb tələbələri üçün Azərbaycan dilində dərslik və dərs vəsaitlərinin hazırlanmasında böyük xidmət göstərmişdir.

Fizika kafedrasında rus alimlərindən prof. Y.B.Lopuxin, prof.V.İ.Tixomirovdos. A.Q.Alfimov fəaliyyət göstərmişlər. Bu alimlərin köməyi ilə kafedranın tədris və elmi-tədqiqat işləri tədricən kifayət qədər yüksək səviyyəyə çatdırılmışdır. Professor R.Məlikovun vəfatından sonra Fizika kafedrasına prof. A.Abbaszadə rəhbərlik etmişdir. 30 ildən artıq müddət ərzində prof.A.Abbaszadənin rəhbərliyi ilə Fizika kafedrasında 2 istiqamətdə (fizikanın tədrisi metodikası; maddələrin istilik-fiziki xassələrinin tədqiqi) böyük işlər görülmüşdür. Bu işlərin nəticəsində 40 nəfərə yaxın tədqiqatçı fizika-riyaziyyat elmlər namizədi (hazırda fizika üzrə fəsəfə doktoru) alimlik dərəcəsi adı almişdir. Prof. A.Abbaszadə uzun müddət (20 ilə yaxın) fizika fakültəsinin dekanı işləmişdir. O, bu gün də elmi əhəmiyyətini itirməyən “İstilikkeçirmə”, “Termodinamika” və “Molekulyar fizika və istilik” kitablarının müəllifidir. Bu kafedranın bazasında fakültədə fizika dərslərini aparan “Eksperimental və nəzəri fizika” (müdir A.Abaszadə), Astronomiya, qeyri ixtisas fa-kültələrində fizika dərslərini aparan “Ümumi fizika və astronomiya” (müdir A.Məmmədov) kafedraları yaradılmışdır.

“Eksperimental və nəzəri fizika” kafedrasına müdir A.Abaszadə, “Ümumi fizika və astronomiya” kafedrasına isə dosent Absəddin Ağabala oğlu Məmmədov seçilmişdir. A.Abaszadənin vəfatından sonra “Eksperimental və nəzəri fizika” kafedrasına 1969-1976-cı illərdə dos. Albert Əli oğlu Qılmanov rəhbərlik etmişdir. O, Bakı Dövlət Universitetinin fizika fakultəsində əla qiymətlərlə oxuduğuna görə 1953-cü ildə Moskva Dövlət Universitetin Fizika fakultəsinin III kursuna oxumağa göndərilmiş və 1956-cı ildə ali təhsilini müvəffəiyyətlə başa vurandan sonra 1957-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda müəllim kimi fəaliyyətə başlamış, üzvü mayelərin istilik-fiziki xassələrinin tədqiqi ilə məşğul olmuş, 1963-cü ildə “Müntəzəm istilik rejiminin bəzi məsələləri və mayelərin istilik keçirməsinin tədqiqi” mövzusunda dissertasiya işi müdafiə edib, fizika riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 80-dən artıq yaxın elmi işi ölkə daxilində və xarici ölkələrin nüfuzlu elmi jurnallarda çap olunmuşdur.

Ümumi fizika kafedrası 

Vəzifə adı

Kafedra müdiri

Professor

Dosent

Baş müəllim

Laboratoriya müdiri 

Böyük laborant

Laborant

Sayı

1

4

8

2

2

6

2

Ümumi fizika kafedrasının son beş ildə 3 əməkdaşı elmlər doktoru, 2 nəfəri isə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Son illərdə bu kafedrada aparılan tədqiqat işlərində üç və dördkom-ponentli, mürəkkəb yarımkeçirici maddələrin fiziki xassə-lərinin formalaşmasında bir sıra ümumi qanunauyğun-luqlar müəyyən olunmuşdur. NTM-atomlarının elektron konfiqurasiyasının formalaşmasında dərində yerləşən 4 f orbitasının mühüm rolu araşdırılmışdır. Aparılan təcrübələr nəticəsində müəyyən olunmuşdur ki, NTM atomları ilə daha kiçik dozalarda aşqarlanmış yarımkeçirici tərkiblərin həssaslığı daha yüksəkdir və tərkiblərə daxil edilən dozanın miqdarından asılı olaraq maddələrin fiziki xassələrini tənzimləmək mümkündür. Həmçinin 4 f orbitin dolması ilə fiziki - kimyəvi xassələr arasında funksional asılılıq müəyyənləşdirilmiş, 15 müəlliflik şəhadətnaməsi, 120-dən çox yeni yarımkeçirici materiallar alınmış və onların kompleks: fiziki-kimyəvi və fiziki xassələri öyrənilmişdir. Bu sahədə 5 monoqrafiya və 250-dən çox məqalə və tezis nəşr olunmuş, beynəlxalq konfranslarda məruzələr edilmişdir.

Kafedra əməkdaşları Rusiya EA-nın “Radiotexnika və Elektronika”, Ukrayna EA-nın“Metalşünaslıq Problemləri Azərbaycan MEA-nın Fizika, Radiasiya Problemləri, Kimya Problemləri, Neft-Kimya Prosesləri İnstitutları, BDU, AzTU, ADNA və digər təşkilatlarla sıx əməkdaşlıq edir. Kafedra əməkdaşları fakültənin texniki bazasında alınan yarımkeçirici matıerialların T=77-900K temperatur intervalında kinetik xassələrinin kompleks şəkildə tədqiq olun-masına nail olmuşdur. Təcrübədən alınmış bu makroskopik parametrlər əsasında analiz aparılmış, maddələrin elektron təbiətinin formalaşmasında, istilik, qalvanomaqnit və optik xassələrinin araşdırılması əsasında praktik əhəmiyyət kəsb edən tərkiblər müəyyən olunmuşdur.

“Ümumi fizika” kafedrası ali təhsilin bakalavriat pillə-lərində “Fizika müəllimliyi” istiqaməti üzrə əsas aparıcı ix-tisas kafedrası olmaqla yanaşı “Texnologiya müəllimliyi”, “Riyaziyyat müəllimliyi”, “İnformatika müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi”, “Biologiya  müəllim-liyi”, “Kimya müəllimliyi” və “Kimya və biologiya müəllimliyi” qeyri ixtisas istiqamətlərində Ümumi fizika kursunun tədrisini azərbaycan və rus dillərində həyata keçirir. 

Kafedraya professor Cahangir Hüseynov rəhbərlik edir.   

Ümumi fizika kafedrasının tədris etdiyi 

fənlərin siyahısı

1

Mexanika

2

Molekulyar fizika

3

Mayelər fizikası

4

Bioloji sistemlər fizikası

5

Elektrik və maqnetizm

6

Optika

7

Çətinliyi artırılmış məsələ həlli praktikası

  8

Məktəb fizika kursundan test tapşırıqlarının həlli metodikası

  9

Klassik mexanika

10

Atom fizikası

11

Kvant mexanikası

12

Elektrodinamika

13

Nəzəri fizikanın riyazi üsulları

14

Astranomiya

15

Bərk cisimlər fizikası

16

Fiziki elektronika

17

Yarımkeçiricilər fizikası

18

Fizika tarixi

19

Fizikanın aktual problemləri

20

Termodinamika və statistik fizika

21

Nüvə və elementar zərrəciklər fizikası

22

Yüksək enerjilər fizikası

23

Ümumi fizika 1 (Mexa-nika və molekulyar fizika)

24

Ümumi fizika 2 (Elektro-maqnetizm, Optika, Atom fizikası)

25

Ümumi fizika

Kafedra əməkdaşları Rusiya EA-nın “Radiotexnika və Elektronika”, Ukrayna EA-nın“Metalşünaslıq Problemləri”, Azərbaycan MEA-nın Fizika, Radiasiya Problemləri, Kimya Problemləri, Neft-Kimya Prosesləri İnstitutları, BDU, AzTU, ADNA və digər təşkilatlarla sıx əməkdaşlıq edir. Kafedra əməkdaşları fakültənin texniki bazasında alınan yarımkeçirici matıerialların T=77-900K temperatur interva-lında kinetik xassələrinin kompleks şəkildə tədqiq olunmasına nail olmuşdur. Təcrübədən alınmış bu makroskopik parametrlər əsasında analiz aparılmış, maddələrin elektron təbiətinin formalaşmasında, istilik, qalvanomaqnit və optik xassələrinin araşdırılması əsasında praktik əhəmiyyət kəsb edən tərkiblər müəyyən olunmuşdur. Ümumi fizika kafedrasının əməkdaşlarının məqalələri Web of Science və Scopus kimi nüfuzlu elmi bazalarda indekslənən yüksək impakt faktorlu jurnallarda çap olunmuşdur.

Cahangir İslam oğlu Hüseynov
Vaqif İbad oğlu Nəsirov
Həmzə Səməd oğlu Seyidli
Aydın Səfərbəy oğlu Ələkbərov
Cahangir Hüseynov
Kafedra müdiri
Vaqif Nəsirov
Professor
Həmzə Seyidli
Professor
Aydın Ələkbərov
Professor


Daha çox

Kafedra

Ünvan

Əlaqə nömrəsi

Elektron poçt ünvanı

Ümumi fizika

Üzeyir Hacıbəyli 68

(012) 498 18 20

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

ÜNVAN MƏLUMATLARI

Bakı, AZ1000,
Ü.Hacıbəyli küç., 68

 
 

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin

Search