Fakültə fəaliyyətə Ali Pedaqoji İnstitut yaradılarkən yaranan 3 şöbədən biri kimi başlamışdır. O vaxt həmin şöbə fizika-riyaziyyat şöbəsi olub. Həmin şöbənin ilk dekanı Peterburq Universtetinin məzunu, prof. Məmməd Rəşid oğlu Əfəndiyev olmuşdur. Şöbənin fizika bölməsində dos. R.M.Məlikov, N.Q.Berq və başqaları çalışmışdır.
Keçən əsrin 30-cu illərində şöbə Fizika-riyaziyyat fakültəsi adlandırılmış və fakültəyə professor A.Q.Abbaszadə dekan təyin edilmişdir. Fizika-riyaziyyat fakültəsi 1968/1969-cu tədris ilində iki müstəqil fakültəyə-"Fizika" və "Riyaziyyat" fakültələrinə ayrılmışdır. Fizika fakültəsinin ilk dekanı dos.Teyfur Xasməmmədov (1968-1971) olmuşdur. Sonralar fakültəyə dos. Əlisa Əhmədov, prof. Ələkbər Kərimov, prof. Kamal Hüseynov, dos. Mikayıl Əliyev, prof.Edil Eyvazov, prof. İsgəndər Cəfərov və digərləri rəhbərlik etmişlər. 2015-ci il oktyabrın 20-dən "Fizika" və “Mühəndis-pedaqoji və bədii qrafika” fakültələri birləşdirilərək “Fizika və Texnologiya” fakültəsi yaranmışdır. 09.07.2019-cu il tarixdə isə “Fizika və Texnologiya” fakültəsi yenidən "Fizika" fakültəsi adlandırılmışdır. Fakültəyə 2016-cı il noyabr ayından fizika və riyaziyyat elmləri namizədi, dos. Arzu Oruc oğlu Daşdəmirov rəhbərlik edir. Fizika fakültəsi üç kafedradan və çoxsaylı tədris laboratoriyalarından ibarətdir. Kafedralar və laboratoriyalar haqqında geniş məlumatla kafedraların pasportlarında tanış olmaq olar. Fakültədə "Fizika müəllimliyi" və "Texnologiya müəllimliyi" üzrə bakalavriat,"Fizikanın tədrisi metodikası" və "Texnologiya fənninin tədrisi metodikası və metodologiyası" ixtisasları üzrə magistratura, "Yarımkeçiricilər fizikası", "Molekulyar və istilik fizikası", "Fizikanın tədrisi metodikası və metodologiyası" və "Bərk cisimlər fizikası" ixtisasları üzrə doktorluq səviyyəsində mütəxəssislər hazırlanır.
Bundan başqa fakültə “Riyaziyyat müəllimliyi”, “İnformatika müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi”, “Biologiya müəllimliyi”, “Kimya müəllimliyi” və “Kimya və biologiya müəllimliyi” və digər qeyri ixtisas istiqamətlərində Ümumi fizika kursunun tədrisini həyata keçirir. Kafedranın tədris etdiyi fənlər, yüksək ixtisaslı mütəxəssislər tərəfindən azərbaycan və rus dillərində tədris olunur.
Fakültəni indiyə qədər 4 mindən çox mütəxəssis bitirmişdir. Məzunlar arasında respublikamızın tanınmış ziyalıları Mehdi Əliyev, Abasqulu Abaszadə, Xanməmməd Mirzəyev, Həsən Abdullayev, Sədi İmanov, Bahadur Tağıyev, Abdulla Mehrabov, Behbud Şəfizadə, Bəhram Süleymanov, Əlif Əhmədov, Məbud İsmayılov, Baba Haqverdiyev, Zahid Qaralov, Yusif Əsədov, Cavad Abdinov, Oktay Rəcəbov, Fikrət İsmayılov, Əbülfət Rüstəmov, Tofiq Məmmədov, Fikrət İsayev və digərləri vardır.
Bu gün fakültəmizin beynəlxalq əlaqələri gün-gündən genişlənir. Əməkdaşlarımız beynəlxalq konfranslarda və simpoziumlarda məruzələrlə çıxış edirlər. Elmi nailiyyətlərimizin beynəlxalq arenaya çıxmasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin keçirdiyi beynəlxalq konfrans və simpoziumların imkanlarından qədərincə faydalana bilirlər.
Sıra № |
İxtisasın şifri |
İxtisasın adı |
Təhsil müəssisəsinin təklif etdiyi təhsil bölmələri |
|||||
Azərbaycan bölməsi |
Rus bölməsi |
İngilis bölməsi |
||||||
əyani |
qiyabi |
əyani |
qiyabi |
əyani |
qiyabi |
|||
1 |
050105 |
Fizika müəllimliyi |
+ |
- |
+ |
- |
- |
- |
1 |
050108 |
Texnologiya müəllimliyi |
+ |
- |
+ |
- |
- |
- |
Sıra № |
İxtisasın şifri |
İxtisasın adı |
Təhsil müəssisəsinin təklif etdiyi təhsil bölmələri |
|||||
Azərbaycan bölməsi |
Rus bölməsi |
İngilis bölməsi |
||||||
əyani |
qiyabi |
əyani |
qiyabi |
əyani |
qiyabi |
|||
1 |
060104 |
Fizika müəllimliyi |
+ |
- |
+ |
- |
- |
- |
2 |
060107 |
Texnologiya müəllimliyi |
+ |
- |
+ |
- |
- |
- |
Sıra № |
İxtisasın şifri |
İxtisasın adı |
Təhsil müəssisəsinin təklif etdiyi təhsil bölmələri |
|||||
Azərbaycan bölməsi |
Rus bölməsi |
İngilis bölməsi |
||||||
əyani |
qiyabi |
əyani |
qiyabi |
əyani |
qiyabi |
|||
1 |
5801.01 |
Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası( fizikanın tədrisi metodikası) |
+ |
+ |
- |
- |
- |
- |
2 |
5801.01 |
Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası( fizikanın tədrisi metodikası) |
+ |
+ |
|
|
|
|
Tələbələrin ümumi sayı
|
Bakalavr dərəcəsi üzrə təhsil alanlar |
Magistr dərəcəsi üzrə təhsil alanlar |
Doktor dərəcəsi üzrə təhsil alanlar |
Əyani təhsil alanlar |
Qiyabi təhsil alanlar |
Əcnəbi tələbələr |
675 |
645 |
30 |
2 |
675 |
|
|
|
|||
Arzu Daşdəmirov Dekan |
Xankişi Məmmədov Dekan müavini |
Qalib Şərifov Dekan müavini |
Xatirə Adgözəlova Dekan müavini |