ADPU-nun Fizika Fakültəsinin eksperimental qrupunun məzun gününə həsr olunmuş tədbir keçirildi
19 iyun 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsində eksperimental qrupun məzun gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə universitetin rektoru prof.C.Cəfərov,Sosial və humanitar məsələlər üzrə prorektor prof.F.Rzayev, Fizika fakültəsinin dekanı dos.
A. Daşdəmirov, Ümumi fizika kafedrasının müdiri prof. C.Hüseynov, Fizikanın tədrisi metodikası kafedrasının müdiri dos. S. Cəlilova, Tələbə Elmi Cəmiyyətinin sədri dos. X.Adgözəlova, b.m Gülşən Musayeva, prof. A. Ələkbərov, dos.Q.Şərifov, dos. X.Məmmədov, həmçinin Kimya və Riyaziyyat fakültələrinin dekanları, eləcə də məzunların valideynləri iştirak ediblər.
Tədbirdə çıxış edən professor Cəfər Cəfərov tələbələri təbrik edərək onların qazandığı bilik və bacarıqları ölkənin gələcəyi üçün böyük töhfə kimi qiymətləndirdi. Rektor həmçinin eksperimental qrupun əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək bu təcrübənin uğurla davam etdiriləcəyini bildirdi. Daha sonra tədbirdə çıxış edən fakültə dekanı dos. A. Daşdəmirov, kafedra müdirləri, müəllimlər və valideynlər tələbələrə təbriklərini çatdıraraq, onların gələcək həyatlarında uğurlar arzuladılar.
Tələbələr də öz növbələrində çıxış edərək, onlara göstərilən diqqət və dəstəyə görə universitet rəhbərliyinə və müəllim heyətinə təşəkkürlərini bildirdilər.
Tədbirin sonunda məzunlara sertifikatlar təqdim olundu və onlara uğurlu gələcək arzulanaraq tədbir rəsmi hissədən sonra xatirə şəkilləri çəkdirildi.