Fizika fakültəsində fəaliyyət göstərən kafedralardan biri də "Fizikanın tədrisi metodikası" kafedrası olub. Qeyd edək ki, Azərbaycanda "Fizikanın tədrisi metodikası" bir elm kimi 1920-ci ildən sonra yaranıb. Bu elmin yaranması və inkişafı bilavasitə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun, Bakı Dövlət Universitetinin və bir də Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (indiki Təhsil Problemləri İnstitutu) adı ilə bağlıdır. 

"Fizikanın tədrisi metodikası" elminin təşəkkülü, inkişaf mərhələləri professor Şükür Əlizadənin və mərhum dosent Fikrət Rəştiyevin "Azərbaycanda Fizikanın tədrisi metodikasının inkişafı" adlı kitabında şərh edilmişdir. Orada qeyd olunur ki, hələ 1921-ci ildə Azərbaycan Pedaqoji İnstitutu yaradılarkən ilk dəfə olaraq Ə.Əbdülrəhimzadənin "Hikməti-tərbiyə" adlı fizika dərsliyi Azərbaycan dilində nəşr olunmuşdur.

Bu dərsliklə yanaşı Ə. Əbdülrəhimzadənin tərcümə etdiyi H. Millerin "Mexanika" kitabının 1-ci hissəsi çap olunmuşdur. Bundan sonra K. Qazizadə və Ə. Əbdülrəhimzadə tərəfindən Singerin fizikası (I dərəcə) və İ. Qriqoryevin 4 hissədən ibarət fizika kitabı tərcümə edilmiş və nəşr edilmişdir. Azərbaycan dilıində ilk fizika dərslikləri hesab edilən bu kitablar dil və terminologiya baxımından xeyli qüsurlu idi. Məsələ burasındadır ki, bu kitablarda ərəb, fars və osmanlı terminləri daha çox istifadə edilmişdi. Qeyd etmək lazımdır ki, göstərilən nöqsanları aradan qaldırılması üçün o dövrdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun və Azərbaycan Dövlət Universitetinin bir çox müəllimləri gərgin çalışmış və bu problemləri qismən həll etmişdilər.

Bu sahədə gərgin əməyi olan müəllimlərdən R.B.Məlikovu, B.R.Mirzəyevi, A.A.Abaszadəni, M.K.Abdullayevi, M.İ.Əliyevi, İ.N.İsmayılovu, eləcə də Rusiyadan dəvət olunmuş E.B.Lopuxini, V.İ.Tixomirovu, Y.Q.Diefmanı, A.Q.Alfinovu, Z.E.Lobanovanı, A.M.Ammosovu və başqalarını misal göstərmək olar. Məhz bu görkəmli alimlər fizikanın ali və orta məktəblərdə tədrisi metodikasına dair əvvəlcə rus dilində, 30-cu illərdən isə Azərbaycan dilində dərslik, dərs vəsaiti, metodik tövsiyyələr, elmi-metodik məqalələr yazıb nəşr etdirdilər. 

Fizikanın tədrisi texnologiyası kafedrası 

Vəzifə adı

Kafedra müdiri

Professor

Dosent

Baş müəllim

Müəllim

Laboratoriya müdiri 

Böyük laborant

Sayı

1

1

5

3

2

2

2

Respublikamızda bu günə qədər Fizikanın tədrisi metodikası üzrə 8 doktorluq və 76 namizədlik dissertasiyası müdafiə edilmşdir. 

Fizikanın tədrisi metodikasının kafedrası üzvlərindən X.Padarovun, R.Abdurazaqovun, N.Mənsimovun, D.Əliyevanın, Ə.Kərimovun, Ş.Əhmədovun, K.Həsənovun, R.Mol-dakasovun, S.Şirinovanın, O.İskəndərovun, S.Təhməzovanın və M.Ağayevin elmi rəhbəri prof.S.Ş.İmanov, T.Vahidovun və Ş.Əlizadənin elmi rəhbəri dos. B.A.Şəfizadə, Ə.A.Axundovun elmi rəhbəri dos.B.Ş.Sultanov olmuşdur.  

Fizikanın tədrisi metodikasının inkişafında böyük xidmətləri olan alimlərdən biri də professor Z.İ.Qaralov olmuşdur. Zahid Qaralov 1969-1973-cü illərdə ETPEİ-də fizika-riyaziyyat bölməsinin müdiri, eləcə də həmin institutun direktoru olarkən (1976-1995) xeyli sayda maraqlı tədqiqatlar aparmış və 20 nəfərin elmi rəhbəri olmuşdur.

Respublikada indiyə qədər Fizikanın tədrisi metodikasına aid aparılmış elmi-tədqiqat işlərini 6 qrupa bölmək olar. Bunlar aşağıdakılardır:

  • Fizika kursunun məzmunu, metodologiya məsələləri;
  • Fizika kursunun politexnik istiqamətinin gücləndirilməsi, elm və texnika yeniliklərinin işıqlandırılması məsələləri;
  • Fizika kursunun terminalogiya məsələləri, elmi-metodik irsin öyrənilməsi;  
  • Fizika kursunun ümumtəhsil fənləri və əmək təlimi ilə əlaqələndirilməsi, fizikadan fakültativ məşğələlərin təşkili və keçirilməsi problemlərinə həsr edilmiş tədqiqat işləri;
  • Fizika kursunun tədrisində məktəb fizika eksperimentinin sistemi və təlimin texniki vasitələrindən istifadə məsələləri;
  • Fizika kursunun tədrisində tərbiyə məsələləri sahəsində aparılan tədqiqatlar. Hal-hazırda da kafedrada göstərilən elmi-tədqiqat istiqamətləri üzrə uğurla tədqiqatlar aparılır.

2019-cu ildə ADPU Elmi şurasının qərarı ilə "Fizikanın tədrisi metodikası" kafedrasının adı "Fizikanın tədrisi texnologiyası" adı ilə əvəz olunmuşdur. Bu kafedraya 2017-ci ildən istedadlı fizik, pedaqogika üzrə fəlsəfə doktoru, dos.Cəlilova Sevinc Xasay  qızı rəhbərlik edir. 

Fizikanın tədrisi texnologiyası kafedrasında tədris olunan fənlərin siyahısı

1

Ali məktəblərdə fizikanın tədrisinin müasir texnologiyaları

2

Fizikanın tədrisi metodikası-1

3

Fizikanın tədrisi metodikası-2

4

Fizikada əsas anlayışlar və onların tədrisi

5

STEAM-1

6

STEAM-2

7

FTM - in müasir problemləri 

8

Fizika təlimində fundamental nəzəriyyələr

9

FTM - in elmi araşdırma texnologiyaları

10

FTM – tarixi və metodologiyası

11

Fiziki anlayışların formalaşdırılması

12

Fizika tədrisində ölçmə,dəyərləndirmə

13

Fizikadan qeyri – standart məsələlərin həlli metodikası

14

Məktəb fizika eksperimenti

15

Məktəb fizika kursundan məsələ həlli texnologiyası

16

Məktəb fizika kursunun elmi əsasları

17

Ümumi təhsil kurikulumunun əsasları

18

Məktəb fizika eksperimentinin müasir sistemi

19

Müxtəlif təhsil müəssisələrində FTM

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsi universitetin "elmi-tədqiqat" statusu əldə etməsində  böyük rol oynamışdır. İlk dəfə olaraq Fizika fakültəsinin dekanı, Fizikanın tədrisi texnologiyası kafedrasının dosenti fizika-riyaziyyat elmləri namizədi Arzu Daşdəmirovun rəhbərliyi ilə elmi-tədqiqat qrupu yaradılmışdır. Elmi-tədqiqat qrupu   xaricdə yerləşən bir çox mərkəzlərlə-Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ( Dubna, Rusiya), Duy Tan Universiteti (Da Nang, Vyetnam), Bərk Cisimlər və Yarımkeçiricilər Fizikası İnstitutu (Minsk, Belarus), Bursa Texniki Universiteti (Bursa, Türkiyə) beynəlxalq əlaqələr qurmuşdur.  
Alınmış tədqiqat nəticələri Web of Science platformasına daxil olan yüksək impakt faktorlu beynəlxalq jurnallarda (Modern Physics Letters B, International Journal of Modern Physics B, Semiconductors,  Journal of Korean Physical Society) dərc edilmişdir. 
Tədqiqat qrupu Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun Elm-Təhsil-İnteqrasiya qrant müsabiqəsinin qalibi olmuşdur. Qrup üzvlərinin təşəbbüsü ilə Jomard Publishing nəşriyyatının nəznində Advanced Physical Research jurnalı yaradılmışdır. Dosent Arzu Daşdəmirov Scopus bazasında indekslənən Advanced Physical Research jurnalının redaksiya heyətinin üzvüdür. 

Fizikanın tədrisi texnologiyası kafedrasının dosenti Qalib Şərifov  Web of Science elmi bazasında indekslənən İndoneziyanın “JOURNAL OF PHYSİCS EDUCATİON” jurnalının redaksiya heyətinin üzvüdür.

 

Sevinc Cəlilova Xazay qızı
Arzu Daşdəmirov Oruc oğlu
İsa İsmayılov Namaz oğlu
Dilbər Əliyeva Zirək qızı
Sevinc Cəlilova
Kafedrada müdiri
Arzu Daşdəmirov
Dosent
İsa İsmayılov
Professor
Dilbər Əliyeva
Dosent


Daha çox

Kafedra

Ünvan

Əlaqə nömrəsi

Elektron poçt ünvanı

Fizikanın tədrisi texnologiyası 

Üzeyir Hacıbəyli 68

(012) 498 94 40

[email protected]

ÜNVAN MƏLUMATLARI

Bakı, AZ1000,
Ü.Hacıbəyli küç., 68

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin