Kafedra 1957-ci ildə Fizika və riyaziyyat fakültəsi nəzdində yaradılmış və “Fizika və istehsalatın əsasları” adlandırılaraq əmək təlimi üzrə kadr hazırlığı ilə məşğul olmuşdur. 1957-1964-cü illərdə bu kafedranın ilk müdiri texnika elmlər doktoru, professor Abbas Mustafayev olmuşdur. Sonralar Abbas Mustafayev uzun müddət Azərbaycan Politexnik İnstitutunda və Azərbaycan Memarlıq və İnşaat Universitetində "Qrunt mexanikası" kafedrasının müdiri olmuşdur. Görkəmli alim idi. Xoşbəxtlikdən o böyük alim mənə də dərs deyib. Professor A.Mustafayevdən sonra 1964-1970-ci illərdə "Fizika və istehsalatın əsasları” kafedrasına dos.Ramiz Əfəndiyev rəhbərlik etmişlər. Akademik Abdulla Mehrabov da o dövrün (1962) məzunlarındandır. 2004-cü ildən bu günə qədər kafedraya dos. Səadət Musayeva rəhbərlik edir.

1972-ci ildə bu kafedranın bazasında Ümumi texniki fənlər (ÜTF) fakültəsi yaradılmış, fakültəyə müxtəlif vaxtlarda dos.S.İ.Abdullayev (1972-1977), prof. Ə.H.Rüstəmov (1977-1982), dos. İ.Q.Bənənyarlı (1982-1988), prof. K.D.Hüseynov (1988-1998), prof. H.Həşimov (1998-2009), 2009-cu ildən fakültəyə dos. A.Ə.Mustafayev rəhbərlik etmişdir.

"ÜTF" fakültəsi yaradılan ilk illərdə onun iki kafedrası olmuşdur: 1) "Ümumtexniki fənlər" və 2) "Materialların texnologiyası və əmək təliminin metodikası". Ümumtexniki fənlər" kafedrasına 1971-1975-ci illərdə dos. A.M.Məmmədov, 1975-197-ci illərdə prof. A.M.Quliyev, "Materialların texnologiyası və əmək təliminin metodikası" kafedrasına isə 1971-1977-ci illərdə dos.S.İ.Əlai, 1977-1982-ci illərdə dos. M.G.Seyidov, 1984-1986-cı illərdə dos. Ş.Əhmədova, 1986-1994-cü illərdə isə dos. S.İ.Abdullayev rəhbərlik etmişdir. 1986-ci ildə iki kafedra birləşmiş, “Ümumi texniki fənlər” kafedrası adlandırılmışdır.

1994-cü ildə yenidən "Ümumtexniki fənlər" kafedrası 2 kafedraya ayrılmışdır: 1)"Maşınşünaslıq" və 2)"İstehsalatın əsasları". "Maşınşünaslıq" kafedrasına 1994-2004-cü illərdə dos. A.M.Məmmədov, 2005-ci ildən 2013-cü ilə qədər dosent N. Qasımov rəhbərlik etmişdir. 6 tədris laboratoriyası olan kafedrada o zaman "Maşınşünaslığın əsasları" "Materiallar müqaviməti", "Maşın və mexanizmlər nəzəriyyəsi", "Maşın hissələri və qarşılıqlı əvəzolunma", "Hidravlika və hidravlik maşınlar", "Konstruksiya materialları texnologiyası", "Texniki termodinamika və istilik maşınları" kimi fənlər tədris olunurdu. Həmin illərdə Maşınşünaslıq kafedrasında kifayət qədər yeni proqramlar, dərslik, dərs və metodik vəsaitlər çap olunmuşdur.

Əməyin texnologiyası  kafedrası 

Vəzifə adı

Kafedra müdiri

Professor

Dosent

Baş müəllim

Müəllim

Laboratoriya müdiri 

Böyük laborant

Laborant

Tədris ustası

Sayı

1

0

5

4

0

2

6

0

1

"Texnologiya və onun tədrisi metodikası” kafedrası 2016-cı ildə yaradılmışdır. Əvvəllər bu kafedra 1957-ci ildə Fizika fakültəsi nəzdində yaradılmış və “İstehsalatın əsasları” adlandırılaraq əmək təlimi üzrə kadr hazırlığı ilə məşğul olmuşdur. Kafedra müxtəlif illərdə, müxtəlif adlarla fəaliyyət göstərmişdir. 2010-cu ildən əmək təliminin adı dəyişdirilərək texnologiya adlandırılmış və kafedra “Texnologiya müəllimliyi” ixtisası üçün yüksək ixtisaslı kadr hazırlığı ilə məşğul olmağa başlamışdır. İxtisasın adına uyğun olaraq kafedra “Texnologiya və onun tədrisi metodikası” kafedrası adlandırılmışdır. 2019-cu il iyul ayından kafedranın adı dəyişdirilərək “Əməyin texnologiyası” kafedrası adlandırılmışdır. Hal-hazırda kafedrada 15 nəfər müəllim fəaliyyət göstərir. Bunlardan 8 dosent (səkkiz nəfər elmlər namizədi- dosent,) 4 baş müəllim və 4 müəllim fəaliyyət göstərir. Kafedraya dosent Musayeva Səadət Müseyib qızı rəhbərlik edir.

 

Əməyin texnologiyası kafedrasında tədris olunan fənlərin siyahısı

1

Elektron texnologiyalarından istifadənin əsasları

2

Konstruksiya materialları texnologiyası

3

Materialşünaslıq(ağac üzrə)

4

Elektrotexnika 

5

Ölçmə texnologiyası

6

Tətbiqi mexanika

7

Qrafika

8

Kulinariya 

9

Tikiş texnologiyası 

10

Metal məmulatların hazırlanma texnologiyası

11

Kənd təsərrüfatı texnologiyaları və nəqliyyat vasitələri

12

İstehsalatın əsasları

13

Avtomatikanın əsasları   

14

Maşınşünaslığın əsasları (maşın  hissələri)

15

Texnologiyanın tədrisi metodikası  

16

Bədii tikmələr

17

Materialların kəsilməsi, dəzgah və  alətlər 

18

S.f. Texniki yaradıcılığın əsasları

19

S.f.İnformasiya texnologiyalarından istifadənin əsasları 

20

Texnologiya fənninin kurikulum hazırlığı 

21

Əməyin mühafizəsi və təhlükəsizliyi

22

Ağac məmulatlarının hazırlanma texnologiyası

23

Texnologiya fənninin tədrisi metodikasının  tarixi və metodologiyası

24

Kompüter qrafikası

25

Konstruktor  yaradıcılıq  fəaliyyəti

26

Peşə təliminin müasir problemləri

27

Texnoloji təlimin əsasları

28

Texologiya fənninin tədrisi metodikasının müasir problemləri 

29

Texniki mexanika

30

s.f. Tədrisdə innovasiyalar

31

s.f.Texnologiyanın tədrisində ekoloji tərbiyə 

32

Metalların kəsilməsinin nəzəri əsasları

33

Qeyri metal materialların xassələri və emal texnologiyaları

34

Tikiş məmulatlarının konstruksiya edilməsi və modelləşdirilməsi

35

Qida məmulatlarının texnologiyaları

36

Avtomatik proseslər və robot texnologiyası

37

Materialların bədii emal texnologiyaları

Səadət Musayeva Müseyib qızı
Xankişi Məmmədov Bəxtiyar oğlu
Akif İsmayılov Ömər oğlu
Arif Mustafayev Əhməd oğlu
Səadət Musayeva
Kafedrada müdiri
Xankişi Məmmədov
Dosent
Akif İsmayılov
Dosent
Arif Mustafayev
Dosent


Daha çox

Kafedra

Ünvan

Əlaqə nömrəsi

Elektron poçt ünvanı

Əməyin texnologiyası 

Koroğlu rəhimov 13

(012) 465 75 89

[email protected]

ÜNVAN MƏLUMATLARI

Bakı, AZ1000,
Ü.Hacıbəyli küç., 68

XƏBƏRLƏRƏ ABUNƏ OLUN

E-poçt ünvanınızı daxil etməklə məlumat əldə edin