Kafedra 1957-ci ildə Fizika və riyaziyyat fakültəsi nəzdində yaradılmış və “Fizika və istehsalatın əsasları” adlandırılaraq əmək təlimi üzrə kadr hazırlığı ilə məşğul olmuşdur. 1957-1964-cü illərdə bu kafedranın ilk müdiri texnika elmlər doktoru, professor Abbas Mustafayev olmuşdur. Sonralar Abbas Mustafayev uzun müddət Azərbaycan Politexnik İnstitutunda və Azərbaycan Memarlıq və İnşaat Universitetində "Qrunt mexanikası" kafedrasının müdiri olmuşdur. Görkəmli alim idi. Xoşbəxtlikdən o böyük alim mənə də dərs deyib. Professor A.Mustafayevdən sonra 1964-1970-ci illərdə "Fizika və istehsalatın əsasları” kafedrasına dos.Ramiz Əfəndiyev rəhbərlik etmişlər. Akademik Abdulla Mehrabov da o dövrün (1962) məzunlarındandır. 2004-cü ildən bu günə qədər kafedraya dos. Səadət Musayeva rəhbərlik edir.
1972-ci ildə bu kafedranın bazasında Ümumi texniki fənlər (ÜTF) fakültəsi yaradılmış, fakültəyə müxtəlif vaxtlarda dos.S.İ.Abdullayev (1972-1977), prof. Ə.H.Rüstəmov (1977-1982), dos. İ.Q.Bənənyarlı (1982-1988), prof. K.D.Hüseynov (1988-1998), prof. H.Həşimov (1998-2009), 2009-cu ildən fakültəyə dos. A.Ə.Mustafayev rəhbərlik etmişdir.
"ÜTF" fakültəsi yaradılan ilk illərdə onun iki kafedrası olmuşdur: 1) "Ümumtexniki fənlər" və 2) "Materialların texnologiyası və əmək təliminin metodikası". Ümumtexniki fənlər" kafedrasına 1971-1975-ci illərdə dos. A.M.Məmmədov, 1975-197-ci illərdə prof. A.M.Quliyev, "Materialların texnologiyası və əmək təliminin metodikası" kafedrasına isə 1971-1977-ci illərdə dos.S.İ.Əlai, 1977-1982-ci illərdə dos. M.G.Seyidov, 1984-1986-cı illərdə dos. Ş.Əhmədova, 1986-1994-cü illərdə isə dos. S.İ.Abdullayev rəhbərlik etmişdir. 1986-ci ildə iki kafedra birləşmiş, “Ümumi texniki fənlər” kafedrası adlandırılmışdır.
1994-cü ildə yenidən "Ümumtexniki fənlər" kafedrası 2 kafedraya ayrılmışdır: 1)"Maşınşünaslıq" və 2)"İstehsalatın əsasları". "Maşınşünaslıq" kafedrasına 1994-2004-cü illərdə dos. A.M.Məmmədov, 2005-ci ildən 2013-cü ilə qədər dosent N. Qasımov rəhbərlik etmişdir. 6 tədris laboratoriyası olan kafedrada o zaman "Maşınşünaslığın əsasları" "Materiallar müqaviməti", "Maşın və mexanizmlər nəzəriyyəsi", "Maşın hissələri və qarşılıqlı əvəzolunma", "Hidravlika və hidravlik maşınlar", "Konstruksiya materialları texnologiyası", "Texniki termodinamika və istilik maşınları" kimi fənlər tədris olunurdu. Həmin illərdə Maşınşünaslıq kafedrasında kifayət qədər yeni proqramlar, dərslik, dərs və metodik vəsaitlər çap olunmuşdur.
Əməyin texnologiyası kafedrası |
|||||||||
Vəzifə adı |
Kafedra müdiri |
Professor |
Dosent |
Baş müəllim |
Müəllim |
Laboratoriya müdiri |
Böyük laborant |
Laborant |
Tədris ustası |
Sayı |
1 |
0 |
5 |
4 |
0 |
2 |
6 |
0 |
1 |
"Texnologiya və onun tədrisi metodikası” kafedrası 2016-cı ildə yaradılmışdır. Əvvəllər bu kafedra 1957-ci ildə Fizika fakültəsi nəzdində yaradılmış və “İstehsalatın əsasları” adlandırılaraq əmək təlimi üzrə kadr hazırlığı ilə məşğul olmuşdur. Kafedra müxtəlif illərdə, müxtəlif adlarla fəaliyyət göstərmişdir. 2010-cu ildən əmək təliminin adı dəyişdirilərək texnologiya adlandırılmış və kafedra “Texnologiya müəllimliyi” ixtisası üçün yüksək ixtisaslı kadr hazırlığı ilə məşğul olmağa başlamışdır. İxtisasın adına uyğun olaraq kafedra “Texnologiya və onun tədrisi metodikası” kafedrası adlandırılmışdır. 2019-cu il iyul ayından kafedranın adı dəyişdirilərək “Əməyin texnologiyası” kafedrası adlandırılmışdır. Hal-hazırda kafedrada 15 nəfər müəllim fəaliyyət göstərir. Bunlardan 8 dosent (səkkiz nəfər elmlər namizədi- dosent,) 4 baş müəllim və 4 müəllim fəaliyyət göstərir. Kafedraya dosent Musayeva Səadət Müseyib qızı rəhbərlik edir.
№ |
Əməyin texnologiyası kafedrasında tədris olunan fənlərin siyahısı |
1 |
Elektron texnologiyalarından istifadənin əsasları |
2 |
Konstruksiya materialları texnologiyası |
3 |
Materialşünaslıq(ağac üzrə) |
4 |
Elektrotexnika |
5 |
Ölçmə texnologiyası |
6 |
Tətbiqi mexanika |
7 |
Qrafika |
8 |
Kulinariya |
9 |
Tikiş texnologiyası |
10 |
Metal məmulatların hazırlanma texnologiyası |
11 |
Kənd təsərrüfatı texnologiyaları və nəqliyyat vasitələri |
12 |
İstehsalatın əsasları |
13 |
Avtomatikanın əsasları |
14 |
Maşınşünaslığın əsasları (maşın hissələri) |
15 |
Texnologiyanın tədrisi metodikası |
16 |
Bədii tikmələr |
17 |
Materialların kəsilməsi, dəzgah və alətlər |
18 |
S.f. Texniki yaradıcılığın əsasları |
19 |
S.f.İnformasiya texnologiyalarından istifadənin əsasları |
20 |
Texnologiya fənninin kurikulum hazırlığı |
21 |
Əməyin mühafizəsi və təhlükəsizliyi |
22 |
Ağac məmulatlarının hazırlanma texnologiyası |
23 |
Texnologiya fənninin tədrisi metodikasının tarixi və metodologiyası |
24 |
Kompüter qrafikası |
25 |
Konstruktor yaradıcılıq fəaliyyəti |
26 |
Peşə təliminin müasir problemləri |
27 |
Texnoloji təlimin əsasları |
28 |
Texologiya fənninin tədrisi metodikasının müasir problemləri |
29 |
Texniki mexanika |
30 |
s.f. Tədrisdə innovasiyalar |
31 |
s.f.Texnologiyanın tədrisində ekoloji tərbiyə |
32 |
Metalların kəsilməsinin nəzəri əsasları |
33 |
Qeyri metal materialların xassələri və emal texnologiyaları |
34 |
Tikiş məmulatlarının konstruksiya edilməsi və modelləşdirilməsi |
35 |
Qida məmulatlarının texnologiyaları |
36 |
Avtomatik proseslər və robot texnologiyası |
37 |
Materialların bədii emal texnologiyaları |
|
|||
Səadət Musayeva Kafedrada müdiri |
Xankişi Məmmədov Dosent |
Akif İsmayılov Dosent |
Arif Mustafayev Dosent |
Kafedra |
Ünvan |
Əlaqə nömrəsi |
Elektron poçt ünvanı |
Əməyin texnologiyası |
Koroğlu rəhimov 13 |
(012) 465 75 89 |