Ad, soyad, atasının adı :
- Xankişi Məmmədov Bəxtiyar oğlu
Təvəllüd
- 02.07.1953
Əlaqə :
- İş telefonu : (012) 493 14 48
- Mail :
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Təhsil : Ali
- 1970 - 1976 - cı illərdə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunda və Azərbaycan Memarlıq və İnşaat Universitetində "Sənaye və mülki tikinti" ixtisası üzrə təhsil almışdır.
- 1989 -cu ildə Patris Lumumba adına Moskva Xalqlar Dostluğu Universitetində "Nazik və çevik millərin böyük yerdəyişmələr oblastında hesablanmasının metodikası" mövzusunda dissertasiya müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
- 2012-ci ildə “Maşınşünaslıq” kafedrası üzrə dosent elmi adı almışdır.
- Azərbaycan ədəbiyyatı tarixi kafedrasının “Folklorşünaslıq” ixtisası üzrə elmlər doktoru proqramı üzrə dissertantıdır.
Elmi dərəcəsi :
- Dosent
İş fəaliyyəti :
- 1971-1973 -cü illərdə Aznefttrestin 3 saylı Tikinti Quraşdırma idarəsində fəhlə kimi əmək fəaliyyətinə başlamış,
- 1990-1996-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində aparıcı mütəxəssis işləmiş,
- 2007- ci ildən isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Maşınşünaslıq” kafedrasında baş müəllim, sonra isə tədris-metodika şöbəsində universitet üzrə pedaqoji təcrübə rəhbəri işləmişdir.
Tədris etdiyi fənlər:
- Tətbiqi mexanika
- Maşın hissələri və sair texniki fənləri tədris edir.
Seçilmiş əsərləri :
- Simmetrik qüvvə təsirindən ikioynaqlı üzüyün böyük yerdəyişmələr oblastında hesablanması. P.Lumumba adına Moskva Xalqlar Dostliğu Universiteti, Moskva, 1990.
- Əyrioxlu millərin böyük yerdəyişmələr oblastında hesablanmsı metodikası, Azərbaycan Milli Elmlər Akademiyasının xəbərləri, Bakı, Elm, XXVIII, 2008, №1
- Texnologiya müəllimlərinin hazırlığında İKT-nin tətbiqi imkanları. Bakı 2017
- Materiallar müqaviməti elminin tarixi haqqında bəzi qeydlər. BDU, 2017