FAKÜLTƏNİN TARİXİ
Fakültə fəaliyyətə Ali Pedaqoji İnstitut yaradılarkən yaranan 3 şöbədən biri kimi başlamışdır. O vaxt həmin şöbə fizika-riyaziyyat şöbəsi olub. Həmin şöbənin ilk dekanı Peterburq Universtetinin məzunu, prof. Məmməd Rəşid oğlu Əfəndiyev olmuşdur. Şöbənin fizika bölməsində dos. R.M.Məlikov, N.Q.Berq və başqaları çalışmışdır. Keçən əsrin 30-cu illərində şöbə Fizika–riyaziyyat fakültəsi adlandırılmış və fakültəyə professor A.Q.Abbaszadə dekan təyin edilmişdir. Fizika-riyaziyyat fakültəsi 1968/1969-cu tədris ilində iki müstəqil fakültəyə - "Fizika" və "Riyaziyyat" fakültələrinə ayrılmışdır.