ADPU-nun Fizika fakültəsində Şuşa ilinə həsr olunmuş “Şuşa sən azadsan!” adlı tədbir keçirilib.
ADPU-nun Fizika fakültəsində Şuşa ilinə həsr olunmuş “Şuşa sən azadsan!” adlı tədbir keçirilib.
ADPU-nun Fizika fakültəsi Ü.Hacıbəyli-68 Ərazi Partiya Özəyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Fizika fakültəsinin dekan müavini dosent Xankişi Məmmədov, Ü.Hacıbəyli – 68 Ərazi Partiya Özəyinin sədri baş müəllim Əsmət Teymurova, Fizika fakültəsi üzrə Tələbə Elmi Cəmiyyətinin sədri dosent Xatirə Adgözəlova, fakültənin professor-müəllim heyəti ,şəhid ailələri, müharibə iştirakçısı Turan Məmmədov və tələbələr iştirak edib. Tədbir Azərbaycan himninin səsləndirilməsi ilə başlandı. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Fizika fakültəsi üzrə YAP-ın Ü.Hacıbəyli – 68 Ərazi Partiya Özəyinin sədri baş müəllim Əsmət Teymurova Şuşa şəhərinin haqqında məlumat verdi. Ə.Teymurova bildirdi ki, Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edilib. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir". Tədbirin gedişatında dekan müavini dosent Xankişi Məmmədov Şuşaya həsr etdiyi şeirini ifa etdı. Şuşada doğulub, ən gözəl çağlarını Şuşada yaşayan baş müəllim Ədalət Quliyev Şuşa haqqında geniş və ətraflı məlumat verdi. Ə.Quliyev bildirdi ki, Qarabağ xanlığının paytaxtı olmuş Şuşa Kiçik Qafqaz dağlarının yaratdığı gözəlliklərin qoynunda yerləşir. Təbiətin öz möcüzələrini əsirgəmədiyi bu şəhərin yetişdirdiyi şairlər, rəssamlar, memarlar, musiqiçilər ölkənin tarixi-mədəni irsinə öz töhfələrini vermişdirlər. ADPU-nun Tələbə Elmi Cəmiyyətinin sədri professor Əli Zalov çıxış edərək bildirdi ki, təbiəti ilk baxışdan adamı valeh edən Şuşanı seyrə çıxarkən hər tərəfdə bir təbiət möcüzəsinə rast gəlmək mümkündür. Şəhərin cənub tərəfində yerləşən Cıdır düzünün gözəlliyini isə sözlə təsvir etmək mümkün deyil. Şuşa azadlığının ilk dövrünə mədəniyyət paytaxtı kimi qədəm qoydu. Şübhə yoxdur ki, Şuşa çox yaxın illərdə nəinki Azərbaycanın, dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcək. Ümumi fizika kafedrasının müəllimləri dosent Şakir Xəlilov və baş müəllim Əziz Babayev Şuşa haqqında məlumat verdilər. Müharibə iştirakçısı olan tələbə Turan Məmmədov, şəhid ailələri Sevinc Hacıyeva və Vüsalə Əsgərli xatirələrini bölüşdülər. Tələbələrimiz ifa etdikləri şeirləri, mahnıları və rəqsləri ilə tədbirə xüsusi rəng qatdılar.
Tədbirin sonunda Şuşaya həsr olunmuş video çarx nümayiş olundu.